“Toyota” markalı avtomobildə olan rayon prokuroru Aslanova Xəyalə Əlyəsə qəza nəticəsində xəsarət alıb. Hazırda Xəyalə Aslanova və qəzada zərərçəkən şəxslər Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti qənaətbəxş hesab olunur, müalicəsi davam etdirilir.
Hadisə haqda Baş Prokurorluq da məlumat yayıb. Qeyd olunub ki, bu gün səhər saat 09 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Zərərçəkmiş şəxslərin vəziyyəti qənaətbəxşdir və hazırda xəstəxanada müalicələri davam etdirilir.