Qadın tanımadığı kişinin mənzilə daxil olmasından isterika yaşadı – ANBAAN VİDEObackend

Qadın tanımadığı kişinin mənzilə daxil olmasından isterika yaşadı – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kocaeli şəhərində psixoloji problemləri olan kişi tanımadığı mənzilin qapısını döyüb və qapı açılar-açılmaz mənzilə soxulub.

Hadisə binanın dəhlizində olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Tanımadığı adamın mənzilə soxulmasını görən qadın qışqırmağa başlayıb və nəticədə kişi mənzili tərk edib.

Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə əlaqədar araşdırmalara başlayıb.

Əqli qüsurlu olan şəxs saxlanılıb. Ev sahibi də polis idarəsinə dəvət edilib. Lakin qadın baş verən hadisədən şikayətçi olmaq istəmədiyini bildirib.

Mənbə: “İhlas Haber Ajansı” (İHA)