Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün bir oyun keçiriləcəkbackend

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün bir oyun keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun növbəti matçı keçiriləcək.

“Report”un məlumatına görə, turun son oyun günündə “Abşeron” “Turan Tovuz”la üz-üzə gələcək.

Görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 15:00-da start götürəcək.

Qeyd edək ki, turun daha əvvəl baş tutan qarşılaşmalarda “Azərreyl” “Murov Az Terminal”ı (3:0), “Gəncə” isə UNEC-i (3:2) məğlub edib. “Milli Aviasiya Akademiyası” – “Gənclər” matçının tarixi isə dəqiqləşməyib.