Qadını hamının gözü qarşısında zorla maşına mindirib qaçırdılar – VİDEObackend

Qadını hamının gözü qarşısında zorla maşına mindirib qaçırdılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərində kişi boşanmaq ərəfəsində olduğu həyat yoldaşını qayınatasının yaşadığı evin qarşısından qaçırıb.

Editor.az Türkiyə KİV-ə istinadən bildirir ki, Şilan Topal adlı qadın həyat yoldaşı Mithat Topal və 3 nəfər şəxsiyyəti hələ tam məlum olmayan şəxs tərəfindən qaçırılıb.

Belə ki, qadın həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edibmiş. Proses araşdırma ərəfəsində olarkən kişi dəfələrlə həyat yoldaşı ilə barışmaq istəyib. Lakin qadın barışmayıb.

Hadisə baş verən gün Mithat Topal və 3 nəfər taksi ilə qayınatasının evinin həyətinə gəlib. Həyat yoldaşının küçəyə çıxmasını gözləyiblər. Qadın küçəyə çıxarkən ona hücum ediblər.

Şilan Topalı ailə üzvlərinin gözü qarşısında zorla taksiyə mindiriblər və ərazidən uzaqlaşıblar. Ətrafda olan şəxslər nə qədər çalışsa da, qadının qaçırılmasına mane ola bilməyiblər.