Braziliyanın Minas-Gerais ştatında naməlum şəxs qadını soymaq istəyərkən döyülüb.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, hadisədən dərhal sonra təfərrüatları məlum olub. Belə ki, qadının üzərinə gələn soyğunçu ona qarşı fiziki zorakılıq edərək çantasını ələ keçirmək istəyib. Bu zaman magistral yoldan keçən bir şirkətə məxsus avtobusun işçiləri qadının çətin vəziyyətdə olduğunu görüb və ona kömək edib. Avtobusun sərnişinləri soyğunçunu döyüb. Hadisə yerinə gələn polis soyğunçunu həbs edib. Hadisə təhlükəsizlik kamerlarına anbaan yansıyıb.
//Nəzərbəy, Editor.az

