Qadınlar universitetə ​​gedə biləcək, ancaq kişilərlə eyni sinifdə olmayacaq – Talibandan təhsillə bağlı AÇIQLAMAbackend

Qadınlar universitetə ​​gedə biləcək, ancaq kişilərlə eyni sinifdə olmayacaq – Talibandan təhsillə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda təhsil naziri olacağı gözlənilən Abdul Baqi Haqqani ölkədə qadınların universitetə ​​getməsinə icazə veriləcəyini, ancaq aldıqları dərslərin “şəriət qanunlarına” uyğunluğun vacibliyini bildirib.

 Editor.az AFP-yə istinadən xəbər verir ki,  Haqqani universitetdə qadınlarla kişilərin eyni otaqda dərs keçməsinin qadağan ediləcəyini söyləyib:

“Əfqanıstan xalqı, kişilərlə qadınlar arasında qarışıq bir mühit olmadan, şəriət qanunları çərçivəsində ali təhsillərinə davam edəcəklər. İslami, milli və tarixi dəyərlərə uyğun,  eyni zamanda digər ölkələrlə rəqabət edə biləcək bir İslam tədris proqramı hazırlayacağıq”.

Human Rights Watch təşkilatına görə, Əfqanıstanda Talibandan əvvəl də qızların üçdə ikisi məktəbə gedə bilmirdi. Talibanın 1996-2001-ci hakimiyyəy illərində qadın və qızların təhsil və işləmək hüququ məhdudlaşdırılıb.

Qeyd edək ki, Taliban Əfqanıstanı ələ keçirəndə bu dəfə qadın və qızların hüquqlarına hörmət edəcəyini bildirib.

//Gülnarə  Abasova, Editor.az