Qafan dünyanın marağında: “Gələcəkdə bir çox ölkənin konsulluğu açılacaq”- AÇIQLAMAbackend

Qafan dünyanın marağında: “Gələcəkdə bir çox ölkənin konsulluğu açılacaq”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qafanda konsulluq açmaq istəyini ilk dəfə İran ifadə edib və konsulluqlarını açıb”.

Bunu Editor.az-a siyasi şərhçi Abutalıb Səmədov Rusiya Xarici İşlər Nazirliyinin Qafanda Baş Konsulluğun açılması üzrə qrupunun rəhbəri Andrey Şaninin 2024-cü ilin əvvəlində Rusiyanın Ermənistanın Qafan şəhərindəki Baş Konsulluğunun işə başlayacağı ilə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

 

O, Rusiya və Fransanın da Qafanda konsulluq açmaq niyyətində olduqlarını bildirib:

“Gələcəkdə digər ölkələrin də Qafanda konsulluğu açıla bilər. Bu dünyanın o bölgəyə verdiyi dəyərlə bağlıdır. Çünki bilirlər ki, Zəngəzur dəhlizi açılacaq və o çox mühüm beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək. Orta Asiya dövlətlərini Avropaya birləşdirəcək beynəlxalq nəqliyyat dəhlizi yaranacaq. Belə bir bölgədə konsulluğun açılmasına digər ölkələr böyük əhəmiyyət verirlər”.

Siyasi şərhçi Rusiyanın Qafanda konsulluq açmasının Azərbaycan üçün heç bir mənfi təsirinin olmayacağını düşünür:

“Azərbaycan region ölkələri arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək istəyir. Erməni böhtanlarına baxmayaraq dəfələrlə bəyan edilib ki, rəsmi Bakının Zəngəzura qarşı zor tətbiq etmək fikri yoxdur. Yalnız Azərbaycan vətəndaşları turist kimi öz dədə-baba torpaqlarına gedə bilər. Gələcəkdə Qarabağdan köçən ermənilərin geri qayıtması məsələsi qaldırılsa, Qərbi azərbaycanlıların da öz tarixi torpaqlarına qayıtması məsələsi ortaya qoyulacaq. Bu səbəbdən orada rus konsulluğunun açılması Azərbaycan- Rusiya münasibətlərinin yaxşılaşmasına xidmət edər. Çünki rəsmi Moskva Bakı ilə iqtisadi əlaqələri gücləndirmək niyyətindədir. Eyni zamanda, Türkiyə Rusiya üçün mühüm əhəmiyyətə malik olan dövlətdir”.

//Safura Bənnayeva, Editor.az