Qafan-Gorus yolunda daha bir QADAĞA: Ermənistan və İran maşınları..backend

Qafan-Gorus yolunda daha bir QADAĞA: Ermənistan və İran maşınları..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hərbçiləri Qafan-Gorus avtomobil yolunun ölkəmizin qanuni ərazisinə daxil olan hissəsindən keçən Ermənistan və İran maşınlarına daha bir məhdudiyyət qoyub.

Editor.az xəbər verir ki, bu haqda “Hraparak” nəşri məlumat yayıb.

Yeni qadağa ondan ibarətdir ki, Ermənistan və İrandan gələn maşınlar yalnız  gündüz saatlarında və bir saatdan bir buraxılır.  Bu barədə oktyabrın 1-də erməni jurnalistlərə Gorus bölgəsinin ruhani keşişi Aharon Melkumyan da danışıb.

“Azərbaycan hərbçiləri bir saat ərzində maşınları girişdə toplayır və yalnız 1 saat tamam olduqdan sonra onlar Rusiya sülhməramlılarının müşayiəti ilə keçid məntəqəsindən keçirlər. Dünən  Vorotana(Urud-S.L.) getməli oldum. On dəqiqə gecikdiyim ortaya çıxdı və  artıq keçməyimə icazə vermədilər. Nəticədə  1 saat tamam olana qədər, yəni 50 dəqiqə gözləməli oldum” –deyə erməni keşiş bildirib. // demokrat.az