“Qalatasaray”dan Joao Pedro üçün ilk təklifbackend

“Qalatasaray”dan Joao Pedro üçün ilk təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul nəhəngi “Qalatasaray” klubu İtaliyanın “Kalyari” klubunda çıxış edən Joao Pedronu transfer etmək istəyir. Editor.az “sporx” a istinadən xəbər verir ki, klub artıq transfer üçün rəsmi təklif göndərdiyini açıqlayıb. “Sarı-qırmızılı”lar brazilyalı futbolçu üçün 7 milyon avro ödəməyə hazırdır. Tərəflər arasında ilk görüşdə isə ilkin razılıq əldə olunub.

Qeyd edək ki, əslən Brazilyadan olan italiyalı Joao Pedro 2014-cü ildən “Kalyari”nin uğurları üçün çalışır. Keçən mövsüm o, 39 oyunda 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Joao Pedronun İtaliya təmsilçisi ilə müqaviləsi 2023-cü ilin iyun ayında sona çatır.

//Nəzərbəy Hacıağayev, Editor.az