Qalatasaray Kişi Basketbol Komandası Göksenin Köksal ilə yeni 1+1 illik müqavilə imzalayıb.
Basketbol Super Liqa komandalarından olan “Qalatasaray” təcrübəli kapitanı Göksenin Köksalın müqaviləsinin 1+1 il müddətinə uzadıldığını açıqlayıb.
Sarı-qırmızılı klubdan edilən şərhdə, “İllər sarı-qırmızılılarla keçdi, Qalatasaray’ın kapitanı Göksenin Köksal! 1+1 il daha kapitanla davam!” ifadələrdən istifadə olunurdu.
33 yaşlı təcrübəli basketbolçu “Qalatasaray”la ilk matçına 2009-2010-cu il mövsümündə çıxıb.
//Samir Qurbanov, Editor.az

