“Qalatasaray”ın oyununda gərginlik: İki komanda yoldaşı dalaşdı – VİDEObackend

“Qalatasaray”ın oyununda gərginlik: İki komanda yoldaşı dalaşdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalatasaray”ın Türkiyə Superliqasının yeni mövsümündəki ilk oyunu qalmaqalla yadda qalıb.

Səfərdə “Giresunspor”la qarşılaşmada iki “Qalatasaray”lı futbolçu arasında dava düşüb.

Matçın 65-ci dəqiqəsində braziliyalı müdafiəçi Markao Kərəm Aktürkoğluna əvvəlcə başla zərbə vurub, sonra isə yurmuq atıb. Nəticədə qarşısında qırmızı vərəqə görən Markao oyunu yarımçıq tərk edib.

Qeyd edək ki, ilk hissədə də ev sahibi komandanın üzvü Hüsaməddin qırmızı vərəqə alaraq meydandan qovulub.

Gərgin keçən qarşılaşma “sarı-qırmızı”ların 2-0-lıq üstünlüyü ilə başa çatıb.