“Qalatasaray”ın prezidenti: “Super Kubok oyununun Bakıda keçirilməsi çox yaxşı olar”backend

“Qalatasaray”ın prezidenti: “Super Kubok oyununun Bakıda keçirilməsi çox yaxşı olar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Qalatasaray” klubu “Fənərbağça”ya qarşı keçirəcəkləri Super Kubok oyununun Bakıda təşkil olunmasını istəyir.

Bu barədə “sarı-qırmızılar”ın prezidenti Dursun Özbek Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə sponsorluq müqaviləsinin imzalanma mərasimində deyib:

“Super Kubok oyununun Bakıda təşkili çox yaxşı olar. “Qalatasaray”a Azərbaycanda olan maraq, sevgi Türkiyədəkindən fərqlənmir. Buna Bakıda olduğumuz zaman şahidlik etdik. Türkiyə Super kuboku Bakıya salınarsa, orada yaşayan insanlar da sevinərlər. Ümid edirəm ki, həmin oyun Bakıda keçirilər. Əlbəttə ki, yekun qərarı Türkiyə Futbol Federasiyası verəcək. Bunun üçün səlahiyyətli qurumlarla təmaslarımızı davam etdirəcəyik”.

Qeyd edək ki, Türkiyə Super Kuboku oyunun 2024-cü ilin yanvarında keçirilməsi planlaşdırılır.