UEFA Avropa Liqasının cavab görüşü çərçivəsində “Barseloniya”nı qəbul edəcək “Qalatasaray” oyunçuları gözlədikləri xəbəri alıb. Editor.az “Sporx” a istinadən xəbər verir ki, oyun öncəsi “sarı-qırmızılar”ın rəhbərliyi oyunçulara verəcəyi pul mükafatını açıqlayıb. Əgər İstanbul təmsilçisi mərhələni keçərsə, onların qazancı 650 min avro olacaq. “Qalatasaray” prezidenti Barak Elmaz bu xəbəri oyunçulara “Beşiktaş”la oyanılan derbi oyunundan sonra verildiyini bildirib.
Qeyd edək ki, bu oyuna klub “Qalatasaray”ın keçmiş futbolçusu Adams Sneyderə də dəvət edib. Bir vaxtlar “Real Madrid”in formasını geyinən və “Barseloniya”ya qarşı oyunlarda iştirakı edən Sneyderin bu dəvətə müsbət yanaşacağı düşünülür.
//Nəzərbəy Hacıağayev Editor.az

