“Qalatasaray”ın SOCAR-dan gəliri nə qədər olub? – Rəsmən açıqlandıbackend

“Qalatasaray”ın SOCAR-dan gəliri nə qədər olub? – Rəsmən açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun “Qalatasaray”klubunun sponsorlardan illik gəliri müəyyənləşib.

“sarı qırmızılılar” bu haqda İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) rəsmən hesabat verib.

Klubun 2024-cü ildə 25 milyon 850 min avro və 1 milyard 183 milyon 286 min türk lirəsi (bugünkü məzənnə ilə təqribən 50 milyon avro) gəliri olub.

İstanbul klubunun avro ilə ən çox gəlir qazandığı şirkətlər arasında SOCAR birinci yeri tutur – 15 milyon avro. “Puma” ikinci (5 milyon avro), “Türk Hava Yolları” 3-cü (2,5 milyon avro), “Arkham” isə 4-cüdür (1,9 milyon avro).

Türk lirəsi ilə ən çox gəlir isə “Rams” şirkətindən (245 milyon TL) olub.

Qeyd edək ki, SOCAR “Qalatasaray”ın Avropa kuboklarındakı matçlarında rəsmi titul – forma sponsorudur. (qol.az)