“Qalatasaray” kubokda mübarizəni dayandırdıbackend

“Qalatasaray” kubokda mübarizəni dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Editor.az qol.az-a istinadən xəbər verir ki, “Qalatasaray” evdə gözlənilmədən “Alanyaspor”a 2:3 hesabı ilə məğlub olub.

“Qalatasaray” – “Alanyaspor” – 2:3
Qollar: Mustafa Məhəmməd, 83, Jedson Fernandeş, 90+4 – Babakar, 30, 48, Salih Uçan, 41

Bununla da “Qalatasaray” ölkə kubokunda mübarizəni dayandırıb. “Alanyaspor” isə adını yarımfinala yazdırıb.

Qeyd edək ki, dünən evdə “Başakşehir”ə 1:2 hesabı ilə uduzan “Fənərbaxça” da ölkə kuboku ilə vidalaşıb.