“Qalatasaray” Mertens məsələsinin həllinə yaxınlaşırbackend

“Qalatasaray” Mertens məsələsinin həllinə yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul nəhəngi “Qalatasaray” hücum xəttini yeni bir hücumçu gücləndirməyə hazırlaşır. Editor.az “sporx” saytına istinadən xəbər verir ki, “sarı-qırmızılar” bir müddətdir ki, İtaliyanın “Napoli” klubundan ayrılan Dries Mertenslə danışıqlar aparır. “Qalatasaray” artıq belçikalı futbolçu ilə danışıqların sonuna gəlib. Əgər 35 yaşlı futbolçu İstanbul təmsilçisinə hə deyərsə onunla 1+1 illik müqavilə imzalanacaq. Bu müqavilənin baş tutması üçün “Qalatasaray” 4 milyonundan keçməli olacaq.

Qeyd edək ki, “Qalatasaray”ın son transferi Serxio Olviyera sosial şəbəkə hesabından Mertensi izləməyə başlayıb. Bu isə bəziləri tərəfindən Mertensin artıq “Qalatarasay”ın təklifini qəbul etməsi kimi şərh edilib.