“Qalatasaray” səfərdə, “Beşiktaş” evdə qələbə qazandıbackend

“Qalatasaray” səfərdə, “Beşiktaş” evdə qələbə qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Superliqasında 21-ci turun oyunları davam edir.

Editor.az qol.az-a istinadən xəbər verir ki, bazar günü daha beş görüş keçirilib.

“Konyaspor” – “Antalyaspor” matçında qapılara qol vurulmayıb. “Qaziantep” – “Hatayspor” görüşü də bərabərliklə bitib – 1:1. “Dənizlispor” evdə “Fatih Karagümrük”ə məğlub olub.

Səfərdə “Yeni Malatyaspor”la qarşılaşan “Qalatasaray”a 1 qolla qalib gəlib. Lider “Beşiktaş” isə “Göztəpə” ilə ev oyunundan qalib ayrılıb – 2:1.

24 yanvar

“Konyaspor” – “Antalyaspor” – 0:0

“Dənizlispor” – “Fatih Karagümrük” – 1:2
Qollar: Diskerud, 88 – Borini, 44. Ndao, 78.

“Yeni Malatyaspor” – “Qalatasaray” – 0:1
Qol: Babel, 88.

“Beşiktaş” – “Göztəpə” – 2:1
Qollar: Lyayiç, 49. Abubakar, 77 – Tripiç, 39.

“Qaziantep” – “Hatayspor” – 1:1
Qollar: Cefferson, 30 – J.Morais, 90+8.

Bu nəticələrdən sonra lider “Beşiktaş”ın 44 xalı var. “Qalatasaray” və “Fənərbaxça” isə 39 xalla 2-ci, 3-cü yerləri bölüşürlər. “Qaziantep” 35 xalla 4-cü, “Trabzonspor” 33 xalla 5-cidir.