Türkiyə Superliqasının 31-ci həftəsində “Qalatasaray” klubu “Samsunspor”u 2:0 hesabı ilə məğlub edərək liderliyini qoruyub.
Editor.az xəbər verir ki, səfərdə 3 xal qazanan “cimbom”un mövsümü ilk 2-də bitirəcəyi dəqiqləşib.
Belə ki, “Qalatasaray” üçüncü pillədəki rəqibini 23 xal qabaqlayaraq minimum ikinci pillədəki yerini təmin edib.
“Qalatasaray” mövsümü çempion kimi başa vurarsa, birbaşa Çempionlar Liqasının Liqa mərhələsinə gedəcək.
“Qalatasaray” hazırda 74 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 3 xal geridə qalan “Fənərbağça” isə ikincidir.
Qeyd edək ki, Türkiyə Superliqasında mövsümün başa çatmasına yeddi tur qalıb.