QALMAQAL: Lalə Azərtaşın Türkiyədə gündəm olan çıxışı plagiat imiş – VİDEObackend

QALMAQAL: Lalə Azərtaşın Türkiyədə gündəm olan çıxışı plagiat imiş – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Lalə Azərtaşın Türkiyədə yanğınlarla bağlı gündəm olan çıxışı plagiat imiş.

 

Aparıcının səsləndirdiyi fikirlər gənc şair Ulucay Akifə məxsusdur.

U.Akif bildirib ki, Lalə Azərtaş “Xəzər” televiziyasının xəbər buraxılışında Türkiyədəki yanğınla bağlı onun yazdığı yazının mətnini səsləndirib: “Bu çox gözəldir. Amma pis olan odur ki, Lalə xanım bunları öz sözləriymiş kimi deyir. Axı, ayıbdır. Birə-bir cümlələri götürüb efirdə özününmüş kimi səsləndirmək, vallah, ayıbdır. Mətni Lalə xanıma redaktorlar da yazıb vermiş ola bilər. Bu da həm ayıbdır, həm biabırçılıq. Bir xanım jurnalist dostum bunu mənə yolladı, deyir yazını oxumuşdum, axıra kimi gözlədim ki, müəllifin adını çəksin, çəkmədi. Yəni həmin xanım dostum mənə deməsə, mən də xəbərdar olmayacaqdım. Belə məsələlərdə diqqətli olsaz, sevinərəm”.

Şair qeyd edib ki, yazının Türkiyədə gündəmə çevrilməsinə sevinib: “Olsun ki, müəllif olaraq adım keçmir. Əsas odur Türkiyədəkilər bilib ki, Azərbaycanda belə düşünənlər var. Biliblər ki, Azərbaycanda bu faciəyə belə üzülən adamlar var. Bəlkə də mən o yazını yazmasam, bu məsələ ilə bağlı Türkiyədə gündəmə çevriləcək bir xəbərimiz, cümləmiz olmayacaqdı. Əsas odur kədərimiz Türkiyədəki insanlara da çatıb”.

 

Yazı ilə buradan tanış ola bilərsiniz.

 

 

 

Loading...