Qalmaqallı yarımbaşlıqla bağlı TRT-dən açıqlama – FOTObackend

Qalmaqallı yarımbaşlıqla bağlı TRT-dən açıqlama – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin TRT kanalı qalmaqallı yarımbaşlığa görə üzr istəyib və həmin səhvi edən şəxslərin işdən qovulduğunu açıqlayıb.

Editor.az  haberler-ə istinadla bildirir ki, ötən gün Türkiyənin TRT kanalında Dağlıq Qarabağda baş verən döyüşlərlə bağlı süjet yayımlanarkən yarımbaşlıqda “Azərbaycan mülki insanları hədəf alır” sözləri yazılıb.

Qalmaqallı olayla bağlı TRT açıqlama yayıb, yalnışlıq olduğunu bildirib, üzr istəyib və həmin yazını yazan şəxslərin işdən qovulduğunu elan edib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib ki, Ermənistan propaqandasının TRT kanalını hədəfə alması onu göstərir ki, TRT və digər Türkiyə mediası Ermənistanın hərbi cinayətlərinin və həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır.