Qaluzin çərənlədi: Rusiya sülhməramlılarının mandatı müəyyən edilməyib? -AÇIQLAMAbackend

Qaluzin çərənlədi: Rusiya sülhməramlılarının mandatı müəyyən edilməyib? -AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu məsələ ilə bağlı Azərbaycanın konkret yanaşması və mövqeyi var”.

Bunu Editor.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin RBK-ya müsahibəsində “Rusiya sülhməramlı kontingentinin Qarabağda olması tələbatdır və bu, gələcəkdə də zəruri olacaq”-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyinə uyğun olaraq 2025-ci ilə qədər rus sülhməramlıları Qarabağda fəaliyyət göstərə bilər:”Bu məsələ əvvəlki dövrdə Azərbaycan və Ermənistan arasında tənzimlənirdi. Artıq rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf edib. Razılaşmasa da bu məsələ konkret şəkildə öz əksini tapıb”.

Deputatın fikrincə üçtərəfli bəyannamə ilə müəyyən edilmiş müddətdən əlavə rus sülhməramlılarının mandatının uzanmasına ehtiyac yoxdur:” Reallıq onu göstərir ki, bu gün həmin ərazilərdə ermənilər yoxdur. Rus sülhməramlılarının fəaliyyəti faktiki baxımdan da mövcud deyil. Rəsmi Moskva öz yanaşmasını sərgiləyir. Lakin Azərbaycan da dəfələrlə öz mövqeyini açıq şəkildə bəyan edib”.

 

//Safura Bənnayeva, Editor.az