Qana Afrika ölkələri üçün qul ticarətinə görə təzminat tələb edirbackend

Qana Afrika ölkələri üçün qul ticarətinə görə təzminat tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qana Respublikasının Prezidenti Nana Akufo-Addo transatlantik qul ticarətinin səbəb olduğu tarixi ədalətsizliklərdən əziyyət çəkən Afrika ölkələrinə təzminat ödənilməsinə çağırıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Prezident Akufo-Addo Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasında etdiyi çıxışında Afrika ölkələrinə təzminat məsələsini gündəmə gətirməyin vaxtı çatdığını bildirib.

Akufo-Addo vurğulayıb ki, dünya qul ticarətinin nəticələri ilə bağlı faktlarla üzləşmək istəmir. O, həmçinin pulun afrikalıların başına gətirilən dəhşəti kompensasiya edə bilməyəcəyini vurğulayıb və qul ticarəti ilə məşğul olan Avropa ölkələrini rəsmi üzr istəməyə çağırıb.

//Gülnarə Abasova, Editor.az