Qana bütün Afrika ölkələri üçün vizanı ləğv edirbackend

Qana bütün Afrika ölkələri üçün vizanı ləğv edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qananın Prezidenti John Dramani Mahama Afrika ölkələrinin vətəndaşları üçün vizasız giriş rejiminin tətbiq ediləcəyini açıqlayıb. Bildirilib ki, yeni qaydalar 25 may tarixindən qüvvəyə minəcək.

Editor.az xəbər verir ki, John Dramani Mahama bu qərarı Emmerson Mnangagwanın Qanaya ilk rəsmi səfəri zamanı elan edib. Onun sözlərinə görə, bundan sonra bütün Afrika ölkələrinin vətəndaşları Qanaya səfər edərkən viza tələbindən azad olunacaqlar.

Prezident qeyd edib ki, yeni tənzimləmə 25 may – Afrika Günündə qüvvəyə minəcək və əsas məqsəd Afrika daxilində səyahətləri daha əlçatan etməkdir.

John Dramani Mahama vurğulayıb ki, bu addım Qananın Pan-Afrika baxışında lider rolunu daha da möhkəmləndirməyə xidmət edir. O əlavə edib ki, ölkənin Xarici İşlər Nazirliyi Qana vətəndaşları üçün daha çox viza azadolma sazişlərinin əldə olunması istiqamətində işlərini davam etdirir.

Prezident həmçinin bildirib ki, ötən ildən bu yana Qana vətəndaşları üçün 23 yeni viza azadolma sazişi üzrə danışıqlar aparılıb.

//Gülnarə Abasova, Editor.az