Qanlı və çirkli imperial keçmişi Fransanın ləkəli tarixidir: “Paris Cənubi Qafqazda da istəyinə nail olmayacaq”backend

Qanlı və çirkli imperial keçmişi Fransanın ləkəli tarixidir: “Paris Cənubi Qafqazda da istəyinə nail olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa Cənubi Qafqazda siyasi-iqtisadi maraqlarını Ermənistan üzərindən həyata keçirir. Fransanın ermənipərəst siyasəti nə bu günün, nə də dünənin işi deyil. Osmanlı imperiyasının daxilində etnik erməniləri separatizmə həvəsləndirən də Çar Rusiyası ilə yanaşı, həm də Fransa olub.Bu gün eyni siyasət Ermənistan və Qarabağda yaşayan ermənilər vasitəsilə davam etdirilir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq bildirib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi son 30 ilin heç bir mərhələsində münaqişənin həllində maraqlı olmayıb:

” Var gücü ilə çalışdı ki, status-kvo saxlanılsın. 44 günlük ikinci Vətən müharibəsində qəhrəman ordumuzun şanlı qələbəsi ən çox məhz Fransanın yuxusunu qaçırtdı. Unutmaq olmaz ki, Rusiya nə qədər Ermənistanın hərbi müttəfiqidirsə, Fransa da Ermənistanın bir o qədər tarixi müttəfiqidir. Fransanın bu siyasəti forma olaraq dəyişə bilər, amma mahiyyət etibarilə heç vaxt dəyişməyəcək.
ATƏT-in Minsk Qrupu iflasa uğradıqdan sonra yeni formatda, yəni Avropa İttifaqı vasitəsilə yenidən prosesə qoşulmaq istəyən Fransa bu yolla özünün Cənubi Qafqazda əsas oyunçulardan biri olduğunu nümayiş etdirmək niyyəti güdür”.

F. Məhərrəmlinin sözlərinə görə, qanlı və çirkli imperial keçmişi Fransanın ləkəli tarixidir: “Bu tarixi silmək və ya yenidən yazmaq mümkün deyil. Dünyanın çeşidli bölgələrində, Şimalı Afrikada, Yaxın Şərqdə koloniyalarını sürətlə itirən Fransa Cənubi Qafqazda da istəyinə nail olmayacaq.Bu regionda heç bir güc Azərbaycanın tezislərini görməzdən gələ bilməz”.

//Gülnarə Abasova, Editor.az