Qaqra bölgəsində Stalinin daçası yanıbbackend

Qaqra bölgəsində Stalinin daçası yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Qaqradakı Xolodnaya Reçka ərazisində baş verən yanğın Abxaziyanın Qaqra bölgəsinin Xolodnaya reçka ərazisindəki Stalinin daçasına çatıb.

Editor.az bildirir ki, bunu raonun mühafizəsi üzrə PSO-nun rəhbəri David Bqanba bildirib.

O, yanğının söndürüldüyünü, lakin bir pəncərənin qismən yandığını bildirib. Bqanbanın sözlərinə görə, yaşayış binalarına və pansionata heç bir təhlükə yoxdur, istirahət edənlər arasında panika görünmür. Yanğın yerində yanğınsöndürmə briqadalarının olduğu qeyd edilir. Abxaziya yanğının söndürülməsi üçün Rusiyadan kömək istəmək fikrində deyil, – Bqanba yekunlaşdırıb.

Xatırladaq ki, bu gün Abxaziyada yanğın baş verib və Qaqrada Xoldnaya reçka təxminən 60 hektara yaxın kol-kos yanıb.

//Samir Qurbanov, Editor.az