Qar İstanbulu iflic etdibackend

Qar İstanbulu iflic etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda güclü qar yağır.

Editor.az-ın “BBC Türkçe” yə istinadən xəbər verir ki, İstanbul Valiliyi qar səbəbiylə məktəblərin bağlandığını açıqlayıb.

Türk Hava Yolları isə (THY ) qar səbəbindən martın 18-də və 19-da gözlənilən bəzi reyslərini təxirə salıb.

Türk Hava Yolları cümə günü İstanbul hava limanından uçması planlaşdırılan 57 reysi ləğv edib. Martın 19-da İstanbul hava limanında 80, “Sabiha Gökçen” adına hava limanında isə 20 reysin ləğv edildiyi açıqlanıb.

//Editor.az