“Qar yağır, geyinin ən açıq paltarınızı və əylənin” – Anar Ağakişiyevbackend

“Qar yağır, geyinin ən açıq paltarınızı və əylənin” – Anar Ağakişiyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Stilist Anar Ağakişiyev verdiyi açıqlamaya görə tənqidlərə tuş gəlib.

Editor.az xəbər verir ki, stilistin “İstər vətəndə, istərsə də xaricdə belə mənzərə görəndə deyirəm ki, buna bax, utanmır, 60 yaşı var, damağında siqaret… Gənc qızlar yayda göbək nahiyəsini açır, yaxşı baxmıram. Hər şeyin həddi var. Çərçivələrlə yaşamaq lazımdır” sözləri birmənalı qarşılanmayıb.

Anarın isə tənqidlərə cavabı gecikməyib. O, açıqlama paylaşaraq “Ətrafımdakı insanlara da bunu hər zaman məsləhət görürəm. Bəli, göbəyiaçıq geyinməyə yaxşı baxmıram. Özünüz bilərsiniz. Gedin lüt gəzin. Qar da yağır, geyinin ən açıq paltarınızı, bikininizi, əylənin” sözlərini vurğulayıb./axsam.az