Qara dəniz fırtınası Beliz bayrağı altında üzən yük gəmisini apardıbackend

Qara dəniz fırtınası Beliz bayrağı altında üzən yük gəmisini apardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beliz bayrağı altında üzən yük gəmisi Anapa yaxınlığında sahilə çırpılıb.

Editor.az bildirir ki, bu barədə Telegram-da “Rosmorrechflot” məlumat yayıb. Məlumata görə, Rusiyanın Vityazevo kəndi yaxınlığında, Anapa sahillərində Beliz bayrağı altında üzən “Blue Shark” yük gəmisi güclü fırtınaya tuş gəlib.

Gəmi Taman dəniz limanında Misirə arpa yükü aparırmış. Gəmi kapitanının sözlərinə görə, gəmidə Suriya, Hindistan və Misir vətəndaşları olan 21 ekipaj üzvü var. Noyabrın 26-da axşam saatlarında külək və dalğalar gəmini lövbərindən qoparıb və o, sahilə çatana qədər sürüklənib. İndi gəmi sahilə yaxın bir yerdə dayanıb. Mütəxəssislər fövqəladə xilasetmə əməliyyatı üçün plan hazırlayır.

//Samir Qurbanov, Editor.az