Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının Ankara Sammitində insident baş veribbackend

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının Ankara Sammitində insident baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin paytaxtında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) Ankarada keçirilən sammiti zamanı Rusiya nümayəndə heyətinin katibi Valeri Stavitskiyə hücum baş verib.

Editor.az xəbər verir ki, hücum edən şəxs Ukrayna nümayəndə heyətinin üzvü olub. İnsident toplantının keçirildiyi otelin dəhlizində baş verib.

Rusiya səfirliyi zərərçəkmişə lazımi yardımın göstərildiyini bildirib. Hadisə yerinə konsul və həkim gəlib. Rusiya tərəfi hadisəni araşdırır və lazımi tədbirləri görür. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop təxribatı dayandırmağa və onun iştirakçılarını iclas zalından çıxarmağa çalışıb.

//Samir Qurbanov,Editor.az