Bolqarıstanın Qara dəniz sahillərinin şimalında 82 mm-lik mina olan dron tapılıb.
Editor.az bildirir ki, bunu Bolqarıstanın Milli Radiosu xəbər verib. İHA-nın kimə məxsus olduğu hələ məlum deyil.
Məlumata görə, dron dünən, sentyabrın 17-də axşam saatlarında Tyulenovo kəndi yaxınlığındakı sahildə yerli sakinlər tərəfindən aşkar edilib. Polis hadisə yerini mühasirəyə alıb. Yaxınlıqdakı oteldən 30 turist təxliyə edilib.
Bolqarıstan Hərbi Dəniz Qüvvələrindən beş nəfərdən ibarət istehkamçılar Tyulenovoya göndərilib. Pilotsuz uçan aparatı yoxladıqdan sonra onu necə utilizasiya edəcəklərinə qərar veriləcək. Hərbi heyət Varna vilayətinin qubernatorunun tələbi və Müdafiə Nazirliyi rəhbərinin əmri ilə göndərilib.
//Samir Qurbanov, Editor.az

