“Qara dəniz taxıl təşəbbüsü”nü bərpa etmək üçün heç bir perspektiv yoxdur – Rusiya baş nazirinin müavinibackend

“Qara dəniz taxıl təşəbbüsü”nü bərpa etmək üçün heç bir perspektiv yoxdur – Rusiya baş nazirinin müavini

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Moskva “Qara dəniz taxıl təşəbbüsü”nü bərpa etmək üçün heç bir perspektiv görmür.

Editor.az bildirir ki, bunu Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko deyib.

Onun sözlərinə görə, taxıl müqaviləsi “paket xarakterli” olub, lakin Rusiya Federasiyasının şərtlərinə əməl olunmayıb və bu, müqavilənin ləğvinə gətirib çıxarıb: “Taxıl müqaviləsi paket müqaviləsi idi.

Dəniz daşımalarının təhlükəsizliyinə dair əsas razılaşma var idi və ona bank köçürmələri, dəniz logistikası, yük daşımaları, sığorta və Rosselxozbank-ın SWIFT sisteminə qoşulması ilə bağlı problemlərin həlli və s. daxil idi.

Müqavilənin ikinci hissəsində heç bir müsbət dəyişiklik yoxdur”, – deyə xanım Abramçenko vurğulayıb.

//Samir Qurbanov, Editor.az