Qara dəniz üzərində çox bahalı rus pilotsuz təyyarəsi “Forpost”u vuruldubackend

Qara dəniz üzərində çox bahalı rus pilotsuz təyyarəsi “Forpost”u vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Odessa müdafiəçiləri Qara dəniz üzərində “Bayraktar”ın analoqu olan nadir və çox bahalı rus pilotsuz təyyarəsi “Forpost”u vurublar.

Bu dron kəşfiyyat apara və yerüstü hədəflərə hücum edə bilir: “Hava qüvvələri “Forporst” tipli ən bahalı hücum təyyarələrindən birini vurdu – bu, Rusiya İHA-dır, onun dəyəri təxminən 7 milyon dollardır. Bu olduqca qeyri-adi hədəfidir, lakin biz yenə də onu məhv edə bildik”, – Hərbi Hava

Qüvvələrinin sözçüsü İlya Yevlaş telemarafon zamanı bildirib. Onun sözlərinə görə, bu dron müxtəlif döyüş yükləri daşıya və kifayət qədər uzun müddət ərzində toqquşma xətti boyunca təyin olunmuş döyüş tapşırıqlarını yerinə yetirə bilir: “Bu, bir qədər “Bayraktar”ın analoqunu xatırladır.

Kifayət qədər böyükdür, kəşfiyyat apara bilir və eyni zamanda yer hədəflərini vurmaq üçün iki raket və ya digər silah şəklində əlavə döyüş yükü daşıya bilir”, – deyə Yevlaş yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az