Qara dəniz üzərində Rusiyaya məxsus 50 milyon dollarlıq “Su-30SM” qırıcısı məhv edilibbackend

Qara dəniz üzərində Rusiyaya məxsus 50 milyon dollarlıq “Su-30SM” qırıcısı məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının əsgərləri Qara dənizdə keçirilən əməliyyat zamanı Rusiyaya məxsus “Su-30SM” döyüş təyyarəsini MANPADS-in zərbəsi ilə məhv ediblər.

Editor.az bildirir ki, bu barədə BKİ-nin mətbuat xidmətindən məlumat verilib. Dənizə düşən qırıcının müvəqqəti işğal olunmuş Krımdakı Saki şəhərinin aerodromunda yerləşən Rusiya Aerokosmik Qüvvələrinin 43-cü əlahiddə hərbi-dəniz aviasiya alayına məxsus olduğu qeyd edilir.

“İşğalçılar 2024-cü il sentyabrın 11-də səhər saat 5 radələrində döyüş təyyarələri ilə əlaqəni itiriblər. Təxminən üç saat sonra ruslar “An-26” təyyarəsi, həmçinin “Mi-8” və “Ka-27” helikopterlərinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatına başlayıblar.

Nahar vaxtı işğalçılar komandanlığa “Tarxankut burnundan 70 kilometr şimal-qərbdə dənizdə aviasiya yanacağının xarakterik ləkəsi aşkar edilib və tezliklə məhv edilmiş Su-30SM-nin qalıqlarını görüblər”, – deyə məlumatda bildirilir. Baş Kəşfiyyat İdarəsi əlavə edib ki, belə bir təyyarənin dəyəri təxminən 50 milyon dollardır.

//Samir Qurbanov, Editor.az