Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, səlahiyyətlilər Türkiyə və BMT-nin baş katibi Antonio Quterreşin Qara dənizdə təhlükəsiz naviqasiya ilə bağlı razılaşmaya dair təkliflərini öyrənirlər.
Eyni zamanda, nazir vurğulayıb ki, müzakirə olunan təşəbbüslərdə Rusiyanın maraqları nəzərə alınmır.
“Hazırda onlar səlahiyyətli orqanlar tərəfindən araşdırılır. Lakin hələlik biz Rusiyanın maraqlarını nəzərə almağa hazır olduğumuzu göstərən yeni heç nə aşkar etməmişik”, – deyə Lavrov RİA Novosti-yə müsahibəsində bildirib. O əlavə edib ki, 2023-cü ilə qədər qüvvədə olan taxıl müqaviləsi Ukrayna tərəfindən “humanitar dəhliz altında Rusiya gəmilərinə və sahil infrastrukturuna qarşı hücumlar və təxribatlar həyata keçirmək üçün” istifadə edilib.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, BRİKS sammiti çərçivəsində aparılan danışıqlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ona Qara dənizdə gəmiçiliklə bağlı təmasları bərpa etməyi təklif edib. Kremldən bildiriblər ki, təklifi öyrənən idarələr bu məsələ ilə bağlı öz mövqelərini prezidentə təqdim edəcəklər.
Fevral ayında Antonio Quterres Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Vladimir Zelenskiyə məktub göndərərək, ticarət və ərzaq tədarükünün davam etməsi üçün Qara dənizdə gəmiçilik təhlükəsizliyinə çağırıb. Təhlükəsizlik zəmanətləri 2023-cü ilin iyulunda Rusiya taxıl sazişindən çıxdıqdan sonra qüvvəsini dayandırıb. “Reuters” yazıb ki, 2024-cü ilin martında tərəflər yeni müqavilə imzalamağa yaxın olublar, lakin Ukrayna danışıqlardan geri çəkilib.
//Samir Qurbanov, Editor.az