Qara dənizdə mülki gəmi minaya düşübbackend

Qara dənizdə mülki gəmi minaya düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Panama bayrağı altında üzən mülki gəmi Qara dənizdə minaya düşüb.

Editor.az bildirir ki, Ukrayna Ərazi Müdafiə Qüvvələri öz Telegram kanalında bildiriblər.

Yük daşıyan gəmi Dunay limanlarından birinə taxıl yükləməyə gedirmiş.

Partlayış nəticəsində gəmi sürəti və idarəetməni itirib, üst göyərtədə yanğın başlayıb. Gəminin batmasının qarşısını almaq üçün kapitan gəmini quruya bağlayıb. Ukrayna dəniz təhlükəsizlik qayıqları həkimləri gəmiyə gətirib; iki zərərçəkənin köməyə ehtiyacı olub. Hazırda gəmini limana daşımaq üçün yedəklər göndərilib.

//Samir Qurbanov, Editor.az