Son bir neçə gün ərzində ilk dəfə olaraq Rusiyaya məxsus raket daşıyıcıları döyüş növbətçiliyi ilə Qara dənizə daxil olub.
Editor.az xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk noyabrın 28-də telemarafonun efirində deyib.
“Birinci müşahidə odur ki, Qara dənizdə döyüş növbətçiliyi daşıyan daşıyıcı texnika döyüş növbətçiliyinə çıxıb. Bu, göyərtəsində 8 “Kalibr” raketi daşıyan yerüstü daşıyıcı aparatdır.
Bu da onu deməyə əsas verir ki, hazırlıq gedib və müvafiq baza məntəqələrində təchiz olunmuş və bir neçə saat ərzində xidmətə qoşula bilən yaylım atəşi sistemləri də var”. Qumenyukun sözlərinə görə, çox güman ki, həftənin əvvəli Rusiyanın yeni raket hücumu ilə əlamətdar ola bilər. İndi Qara dənizdə fırtına davam edir, lakin reaktiv raket daşıyıcı qurğular belə havalarda da buraxılışlar həyata keçirə bilirlər.
//Samir Qurbanov, Editor.az

