Qara dənizdə təhlükə böyüyür: ruslar Odessaya desant çıxara bilərbackend

Qara dənizdə təhlükə böyüyür: ruslar Odessaya desant çıxara bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya işğalçıları Qara dənizin şimal-qərb hissəsində gəmi qruplaşmasının mövcudluğu ilə, desant çıxarmaq təhlükəsi və PUA-lardan, o cümlədən hücum təyyarələrindən istifadə edərək kəşfiyyat işləri aparmaqla gərginliyi saxlamaqda davam edir.

Editor.az xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı xəbərdarlıq edib. “Müdafiə qüvvələri qarşıya qoyulan tapşırıqları yerinə yetirir və düşmənə qarşı effektiv mübarizə aparır. Sahil ərazilərinin sakinlərinin eşitdiyi partlayış və atışma səsləri bu hadisələri bu tədbirlərin əks-sədası ola bilər”, – məlumatda deyilir. Yerli sakinlərdən xahiş olunur: çimərliklərə və digər qadağan olunmuş ərazilərə getməsinlər; kiçik ölçülü və digər su gəmilərindən istifadə edərək dənizə çıxmasınlar; özlərini təhlükəyə atmasınlar; bizim fəaliyyətimizə qarışmasınlar. Xatırladaq ki, bundan əvvəl Qara dənizdə “Kalibr” dəniz bazalı qanadlı raketlərin üç daşıyıcısının olduğu bildirilmişdi.

Editor.az