Qara dənizdə Ukraynanın pilotsuz təyyarələr donanması fəaliyyətə başlayıbbackend

Qara dənizdə Ukraynanın pilotsuz təyyarələr donanması fəaliyyətə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın dəniz pilotsuz təyyarələri donanmasının Qara dənizdə fəaliyyətə başladığını bildirib. O, həmçinin bəyan edib ki, Ukrayna Ukraynanın ixrac dəhlizlərindən keçən gəmilərin mühafizəsini təmin edə bilib.

Editor.az bildirir ki, bu barədə Zelenski Telegram kanalında yazıb. “Biz Qara dənizdə Rusiya üzərində təşəbbüsü ələ keçirə bildik və elə təhlükəsizlik şəraiti yaratdıq ki, bu, təcavüzkarı akvatoriyanın şərq hissəsindən qaçmağa və döyüş gəmilərini gizlətməyə məcbur etdi. Dünyada ilk dəfə olaraq Qara dənizdə hərbi-dəniz pilotsuz təyyarələri donanması – Ukrayna donanması fəaliyyətə başladı”, – Zelenski bildirib. Xatırladaq ki, hələ sentyabrın 30-da Volodimir Zelenski silah istehsalçılarının forumunda demişdi ki, Ukrayna dünyada ilk dəniz pilotsuz təyyarələri donanmasını yaradır.

Rusiya Müdafiə Nazirliyi dəfələrlə Qara dənizdə pilotsuz qayıqlardan istifadə edərək Rusiya gəmilərinə hücumlar edildiyini bildirib. Ukrayna Təhlükəsizlik Xidməti iyulun 17-də CNN-ə Krım körpüsünü partladanın dəniz qüvvələrinə məxsus pilotsuz uçuş aparatının olduğu videonu təqdim edib.

//Samir Qurbanov, Editor.az