“Qara qızıl”ın qara günləri: neft sürətlə ucuzlaşırbackend

“Qara qızıl”ın qara günləri: neft sürətlə ucuzlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

London ICE birjasının ticarət məlumatlarına əsasən, neftin qiyməti sürətlə aşağı düşür.

Bakı vaxtı ilə saat 04:00-da “Brent” iyun fyuçerslərinin bir barreli 60,89 dollara başa gəlib, sonra daha da ucuzlaşıb və saat 04:55-də 60,34 dollara alınıb. “Brent” markalı neftin qiyməti 2021-ci il martın 25-dən bəri ilk dəfə olaraq 5,3%-dən çox azalaraq bir barel üçün 61 dollardan aşağı düşüb.

WTI markalı xam neftin qiymətləri də ucuzlaşır, may fyuçersləri 6,52% ucuzlaşaraq birjada 57,54 dollar/barelə satılır.
Neftin qiymətinin aşağı düşməsi Vaşinqtonun yeni rüsumlar açıqlaması ilə bağlıdır və aprelin əvvəlində OPEC+ ölkələrinin neft hasilatı ilə bağlı qəbul etdiyi qərar da öz təsirini göstərib.

//Samir Qurbanov, Editor.az