Qara və Azov dənizlərindəki gəmilərdə raket daşıyıcıları varmı?backend

Qara və Azov dənizlərindəki gəmilərdə raket daşıyıcıları varmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbi gəmiləri Qara və Azov dənizlərində reaktiv yaylım atəşi sistemləri olmadan növbətçiliyini davam etdirir.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin hesabatında deyilir.

“Qara dənizdə düşmənin 11 gəmisi döyüş növbətçiliyindədir. Azov dənizində isə düşmən 2 gəmini döyüş növbətçiliyində saxlayaraq, dəniz rabitəsinə nəzarəti davam etdirir”.

Hərbi Dəniz Qüvvələrinin təqdim etdiyi infoqrafikaya görə, bu gəmilərdə bir dənə də “Kalibr” daşıyıcısı yoxdur.

Raketləri olan gəmilər yalnız Aralıq dənizindədir.

 //Samir Qurbanov,Editor.az