“Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsinə yekun vuruldubackend

“Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsinə yekun vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15.08.2022-ci il tarixdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan olunması münasibəti ilə istedadlı, yeniyetmə və gənclər arasında “Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsinin final mərhələsi keçirilib.

Final mərhələsində rəsmi qonaqlar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə, Gəncə Regional Mədəniyyət İdarəsinin rəis müavini Asəf Məmmədov, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Sevinc Ələkbərova, Gəncə Gənclər Evinin metodisti Şəhriyar Hacıyev, Gənclər Evinin rəsm dərnəyinin rəhbəri Xanım Əhmədova iştirak edərək, qalibləri təbrik etmişlər və istedadlı gənclərin üzə çıxarılması üçün belə yarışların keçirilməsinin əhəmiyyətini qeyd etmişlər.

Müsabiqəyə ümumilikdə 22 nəfər istedadlı gənc qatılıb. Münsiflər heyətinin qərarına əsasən, 1-ci yerə Rüqəyya Məmmədova, 2-ci yerə Selcan İmamquliyeva, 3-cü yerə Humay Rəcəbova, 4-cü yerə (həvəsləndirici) İlahə Əlişova layiq görülüblər. Sonda qaliblər Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evi tərəfindən hədiyyə, diplom və sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, müsabiqənin məqsədi Qarabağın və işğaldan azad olunmuş ərazilərin zəngin abidələrini, memarlıq komplekslərini, göz oxşayan füsunkar təbiətini, işğal və inkişaf dövrünü uşaq və gənclərin yaddaşına həkk etmək, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, eyni zamanda xüsusi istedada malik olan uşaq və gənclərin yaradıcılıq potensialını inkişaf etdirərək yeni istedadları üzə çıxarmaqdır.