“Qarabağ” Futbol Klubu (FK) ilə bağlı çəkilən filmin adı məlum olubbackend

“Qarabağ” Futbol Klubu (FK) ilə bağlı çəkilən filmin adı məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” Futbol Klubu (FK) ilə bağlı çəkilən filmin adı məlum olub.

Mədəniyyət Nazirliyindən Editor.az-a bildirilib ki, ekran əsəri “Qarabağ” FK 30 mövsüm səfərdə” adlanır.

Qeyd olunub ki, 4 seriyalı sənədli film dövlət sifarişi ilə nazirliyin “Salnaməfilm” studiyasında istehsal olunur.

“”Qarabağ” FK-nin uğur hekayəsi və 30 ildən sonra Ağdama qayıdışından bəhs edən filmin ölkəmizdəki çəkilişlərinin böyük bir hissəsi tamamlanıb. Xaricdə planlaşdırılan çəkilişlərin yaxın vaxtlarda həyata keçirilməsinə başlanılacaq”, – qurumdan vurğulanıb.

Nazirlikdən bildirilib ki, filmin istehsalının bu ilin sonunadək tamamlanması nəzərdə tutulub.