Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer” klubuna qarşı keçirdiyi oyundan öncə stadionda olan topdaşıyan uşaqlar arasında dava düşüb.
Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna aid görüntülər sosial şəbəkələrdə yayılıb.
Onların arasındakı dava böyük müzakirələrə səbəb olub. Həmin topdaşıyanların “Qarabağ”ın uşaq futbol akademiyasının üzvləri olduğu bildirilir.

