“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldubackend

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Editor.az xəbər verir ki, Bakı vaxtı  ilə saat 14:00-da başlayan püşkatma zamanı təmsilçimiz “Qarabağ”ın da rəqibi müəyyənləşib.

“Səpələnmiş”lər səbətində olan Azərbaycan çempionunun rəqibi “səpəIənməmişlər” səbətində yer alan Polşa çempionu “Lex” olub. İlk matç səfərdə olacaq.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları 5-6 və 12-13 iyulda keçiriləcək.