“Qarabağ”ın futbolçusu Azərbaycan millisinin heyətindən kənarlaşdırılıbbackend

“Qarabağ”ın futbolçusu Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Albaniyanın paytaxtı Tiranada təşkil ediləcək UEFA İnkişaf turnirinə qatılacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti açıqlanıb.

“Report” xəbər verir ki, “Qarabağ”ın futbolçusu Amid Qasımov ilkin heyətdən çıxarılıb.

U-17 yarışda bu oyunçularla mübarizə aparacaq: Əhməd Tarverdiyev, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, Babamirzə Mehdiyev, Anar Hüseynov (hamısı “Sabah”), Həbib Həsənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı “Qəbələ”), Vüsal Paşayev, Nadir Orucov, Elnur Cabbarlı (hamısı “Sumqayıt”), Sadiq Məmmədli, Amin Muradov, Röyal Fərzullazadə (hamısı “Neftçi”), Hikmət Cəbrayılzadə (“Qarabağ”), Ayxan Abbaszadə (“Turan Tovuz”), Firudin Kişiyev (EFA), Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə), İslam İsmayılzadə (“Səbail”), Ümid Səlimov (“Şamaxı”).

Eyni zamanda, yığmanın turnirdə keçirəcəyi oyunların təqvimi də bəlli olub.

2 may

13:00. Farer adaları – Azərbaycan

“House of Football” stadionu

4 may

19:00. Albaniya – Azərbaycan

“House of Football” stadionu

7 may

13:00. Azərbaycan – Moldova

“House of Football” stadionu

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.