Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Editor.az qol.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə “Qarabağ”ın da bu mərhələdəki potensial rəqibi bəlli olacaq. Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Norveçin “Molde” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, budəfəki püşkdə səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, Qurban Qurbanovun komandası səpələnmişlər səbətindəki – reytinqcə daha güclü klublardan birinə rəqib olacaq.
Çempionlar Liqası, Pley-off mərhələsi
Çempionlar Yolu
Səpələnmişlər
“Zalsburq” (Avstriya)
“Olimpiakos” (Yunanıstan)
“Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi
“Slaviya” (Praqa, Çexiya)
Səpələnməmişlər
“Midtüllann” (Danimarka) – “Yanq Boyz” (İsveçrə) cütünün qalibi
“Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç) cütünün qalibi
“Omoniya” (Kipr) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi
“Makkabi” (Təl-Əviv, İsrail) – “Dinamo” (Brest, Belarus) cütünün qalibi
Liqa Yolu
Səpələnmişlər
PAOK (Yunanıstan) – “Benfika” (Portuqaliya) cütünün qalibi
“Dinamo” (Kiyev, Ukrayna) – AZ (Alkmaar, Niderland) cütünün qalibi
Səpələnməmişlər
“Gent” (Belçika) – “Rapid” (Vyana, Avstriya) cütünün qalibi
“Krasnodar” (Rusiya)
Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu sentyabrın 15-i və ya 16-da Bakıda keçiriləcək. Pley-off mərhələsinin ilk matçları 22 – 23 sentyabr, cavab qarşılaşmaları idə 29 – 30 sentyabr tarixlərində oynanılacaq.

