“Qarabağ” İspaniyaya getmir – “Vilyarreal”la oyun ləğv olundubackend

“Qarabağ” İspaniyaya getmir – “Vilyarreal”la oyun ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”  UEFA Avropa Liqasının qrup mərhələsində qarşılaşacağı “Vilyarreal”la oyunöncəsi növbəti dəfə koronavirus testindən keçib.

Editor.az xəbər verir ki, komandanın daha iki futbolçusu – Şahruddin Məhəmmədəliyev və Xayme Romeroda testin nəticəsi pozitiv olub.

Ötən testin nəticələri pozitiv olan 7 futbolçu – Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov və Kevin Medinada da nəticə eyni olub.

İki futbolçu – Bədavi Hüseynov və Patrik Andrade də zədə səbəbindən növbəti oyunu buraxmalı olacaq. Son testləri neqativ çıxan Maksim Medvedev və Musa Qurbanlı da həkim məsləhəti ilə tam məşqlərə bərpa etməyib.

Beləliklə, UEFA-ya təqdim olunan A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13-ü (hər iki qapıçı) “Vilyarreal”la oyunda iştirak edə bilməyəcək.

Dekabrın 10-u komandanın “Vilyarreal”la matçı baş tutmayacaq və qarşılaşma haqda qərar UEFA tərəfindən veriləcək. (klub saytı)

Loading...