Ermənistanda “Qarabağ klanı”nın tanınmış nümayəndələrindən biri hesab olunan Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi Movses Akopyan və ailəsinə məxsus olduğu bildirilən əmlak və şirkətlərlə bağlı yeni məlumatlar yayılıb.
Movses Akopyanın və yaxın ailə üzvlərinin sahib olduqları daşınmaz əmlaklar, avtomobillər və biznes strukturları sadalanıb.
Məlumata görə, Movses Akopyanın adına “Volkswagen ID4 Pure Plus” markalı avtomobil qeydiyyatdadır. Onun ailəsinə məxsus olduğu bildirilən şirkətlər arasında “Vibrta Blok” MMC və “Popok Plus” MMC yer alır. “Vibrta Blok” şirkətinin direktoru Movses Akopyan, sahibi isə onun həyat yoldaşı Narin Çavakyan göstərilir.
Yayılan məlumatlarda Narin Çavakyana məxsus Kotayk vilayətinin Arzni icmasında yerləşən istehsalat sahələri, kənd təsərrüfatı torpaqları və “Lexus ES 350” markalı avtomobil də qeyd olunub.
Bildirilib ki, Movses Akopyanın böyük qızı Armine Akopyan və onun həyat yoldaşının da İrəvan və Tsaxkadzorda mənzillər, torpaq sahələri və müxtəlif şirkətlərə sahib olduqları göstərilir. Siyahıda “Toyota Camry 2.5” avtomobili və “İmobiliar” MMC də yer alıb.
Kiçik qızı Meri Akopyan və onun həyat yoldaşı ilə bağlı yayılan məlumatlarda isə İrəvanın mərkəzində mənzil, Lori vilayətində torpaq sahələri, “Porsche Macan” və “Toyota Camry” avtomobilləri, eləcə də bir neçə fərdi sahibkarlıq subyekti qeyd edilib.
Musavat.com


