“Qarabağ”-“Marsel” oyununa nə qədər bilet satılıb? – AÇIQLAMAbackend

“Qarabağ”-“Marsel” oyununa nə qədər bilet satılıb? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” və Fransanın “Marsel” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün indiyədək satılmış biletlərin sayı açıqlanıb.

“Qarabağ” klubunun mətbuat katibi Gündüz Abbaszadə Trend-ə bildirib ki, artıq 12500 min bilet satılıb.

O bildirib ki, “Marsel” klubu il qarşılaşacaq “Qarabağ”ın matçına maraq böyükdür: “Oyuna kifayət qədər bilet qalıb. Ucuz biletlər də mövcuddur. Azarkeşlər onlayn şəkildə və ya kassalara yaxınlaşaraq bilet əldə edə bilərlər. Oyuna bilet qiymətləri 5 manatdan 100 manata qədərdir”, – G.Abbaszadə deyib.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.