Qarabağ müharibəsi qazisi təqaüdünü orduya ianə etdi-“Bugün də döyüşməyə hazırıq”backend

Qarabağ müharibəsi qazisi təqaüdünü orduya ianə etdi: “Bugün də döyüşməyə hazırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci Qarabağ müharibəsi qazisi Tofiq Cəfərov aldığı Prezident təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. Editor.az xəbər verir ki, Birinci Qarabağ müharibəsində böyük şücaət və qəhrəmanlıq nümayiş etdirən qazi bugün də döyüşə hazır olduğunu deyib:

“Biz Birinci Qarabağ müharibəsində döyüş yoldaşlarımla birgə torpaqlarımızın bütünlüyü uğrunda canımızla- qanımızla döyüşmüşük. O zaman şəhid ola bilmədik, biz qazi olmaq qismət oldu. Bugün dövlətimizin torpaqlarımızın işğaldan azad edilməsi üçün başlatdığı Böyük Vətən müharibəsində canımızla, qanımızla, varımızla dövlətimizin və Ordumuzun yanındayıq. Əminəm ki, Azərbaycan Ordusu qısa zamanda böyük zəfər əldə edəcək”.

//Editor.az